Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xalq rəssamı Sakit Məmmədovun qalereya və emalatxanasını ziyarət edib.
Manset.az xəbər verir ki, bunu səfir "X" hesabında paylaşıb.
Səfir paylaşımında "Qarabağnamə, dörd fəsil, Tomris və başqaları... Onun möhtəşəm əsərləri ilə tanış olduq. Söhbətimizdə Xalq rəssamının TÜRKSOY-un tərkibində Turan Rəssamlıq Akademiyası və Türk Dünyası Rəssamlar Birliyi ilə bağlı fikirlərini və əsərlərini dinlədik" deyib.
C.Bağçı bildirib ki, may ayında İstanbulda S.Məmmədovun sərgisi keçiriləcək. Xalq rəssamı bu barədə səfiri məlumatlandırıb.
