Qadınları əxlaqsızlığa cəlb etmədə təqsirləndirilən şəxslə bağlı məhkəmə qərarı açıqlandı

11:50 - 09 Yanvar 2024

Qadınları əxlaqsızlığa cəlb etmədə təqsirləndirilən şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Bakı Apellyasiya Məhkəməsində fahişəliyə cəlb etmədə təqsirləndirilən V.V.-nin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Manset.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, bir il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, V.V. 2021-ci il sentyabrın ortasından 2022-ci ilin mart ayının sonunadək olan müddət ərzində paytaxt ərazisində yerləşən mənzillərin birində iki qadınla “WhatsApp” vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürüb. Daha sonra V.V. polis əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az