Bakıda havanın temperaturu sıfır dərəcəyə düşəcək - PROQNOZ

13:36 - 10 Yanvar 2024

Bakıda havanın temperaturu sıfır dərəcəyə düşəcək - PROQNOZ

Ölkə ərazisində yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə iki dərəcə şaxtadan üç dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz üç dərəcə şaxtadan iki dərəcəyədək isti olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az