Sürücünü döyüb maşınını əlindən aldılar

11:27 - 12 Yanvar 2024

Sürücünü döyüb maşınını əlindən aldılar

Yanvarın 11-də gecə saatlarında Sabunçu qəsəbəsi ərazisində bir nəfərin “Mercedes” markalı avtomobilinin quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

 

Manset.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Ələsgərov müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

“Mercedes” markalı avtomobilin sürücüsünün döyüldüyü, avtomobilinin əlindən alındığı bildirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az