“Xanımıma sataşdığı üçün yumruqla başa saldım” - Futbolçu Bakıda gecə klubunda dava edib?

19:32 - 13 Yanvar 2024

“Xanımıma sataşdığı üçün yumruqla başa saldım” - Futbolçu Bakıda gecə klubunda dava edib?

"Neftçi"nin keçmiş hücumçusu Baqali Dabo həm də gecə klublarının həvəskarı kimi tanınırdı. Əyləncə məkanlarına tez-tez baş çəkən fransız hücumçu vaxtını səmərəli keçirmək üçün bu üsuldan yararlanırdı.

 

Manset.az Milli.az-a istinadən xəbər verir ki, Dabo sportinfo.az-a verdiyi açıqlamada illər sonra maraqlı etiraf edib.

O, Bakıdakı klubların birində xanımına sataşdığı üçün xarici müştərini yumruqladığını gizlətməyib:
"Kluba gedəndə də xanımımla gedirdim. Bir dəfə dava etmişəm, o da mən kiməsə sataşdığıma görə yox, başqa bir kişi həyat yoldaşımdan əl çəkmədiyinə görə.
Bir nəfər sarışın müştəri xanımımla danışmaq üçün israr edirdi. Deyəsən rusiyalı idi, amma slavyan olduğuna şübhə etmirəm.
Bir neçə dəfə həyat yoldaşıma yaxınlaşsa da, xanımım ondan uzaqlaşırdı. O isə əl çəkmək fikrində deyildi".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az