Zambiyada vəba epidemiyasından ölənlərin sayının 374-ə yüksəldiyi bildirilib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Zambiyanın səhiyyə naziri Silvia Masebo açıqlama yayıb.
Onun sözlərinə görə, vəba epidemiyası 2023-cü ilin oktyabr ayından bu yana ölkənin 116 bölgəsindən 45-nə təsir edib.
Ölkədə son 24 saatda 12 nəfərin vəbadan öldüyünü qeyd edən Masebo, 431 vəba xəstəliyinin aşkarlandığını vurğulayıb:
"Son 24 saat ərzində müxtəlif müalicə mərkəzlərindən 363 xəstəni evə buraxdıq. Bu rəqəm 388 xəstənin evə buraxıldığı bazar günü və 400 xəstənin evə buraxıldığı şənbə günündən bir qədər aşağıdır".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş 1,7 milyon doza vəba peyvəndinin 1,4 milyonluq ilk partiyası ölkəyə təslim edilib.