Baş Prokurorluq Sumqayıtdakı insidentlə bağlı məlumat yaydı

20:54 - 16 Yanvar 2024

Baş Prokurorluq Sumqayıtdakı insidentlə bağlı məlumat yaydı

Sumqayıt şəhərinin “BTZ” bağları adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az