Bakıda ana və 14 yaşlı qızı itkin düşdü

09:34 - 17 Yanvar 2024

Bakıda ana və 14 yaşlı qızı itkin düşdü

Bakıda ana və qızı itkin düşüb.

 

Manset.az xəbər verir ki, Suraxanı rayonu Binə qəsəbəsi, Südçülük Sovxozunda yaşayan 1986-cı il təvəllüdlü Aygün Heydərova və qızı 2010-cu il təvəllüdlü Ş. Heydərova yanvarın 10-da yaşadıqları evdən çıxıb və geri qayıtmayıblar.

Polisə müraciət edən A.Heydərovanın həyat yoldaşı arvadı və qızının yanvarın 10-da saat 15 radələrində yaşadıqları evi tərk etdiklərini bildirib.

Qeyd edək ki, müraciət polisə yanvarın 15-də daxil olub.

Faktla bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az