Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunması təklif edildi

11:24 - 18 Yanvar 2024

Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunması təklif edildi

Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunması təklif edilib.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

"Orqan transplantasiyası, sümük iliyi transplantasiyası əməliyyatlarının icbari tibbi sığorta çərçivəsində qarşılanması bizi sevindirir. Bu sahədə hələ problemlər qalmaqdadır. İcbari tibbi sığortadan məmnunluq artsa da, bu xidmət bütün xəstəlikləri qarşılaya bilmir, bu da haqlı narazılığa səbəb olur. Səhiyyə komitəsi olaraq hesab edirik ki, icbari tibbi sığorta bir sıra xidmətləri çıxmaqla (estetik əməliyyatlar, stomatoloq işləri və s) bütün müayinə və müalicəni əhatə etməlidir. Onkoloji xəstəliklərin müalicəsinin hələ də icbari tibbi sığorta ilə əhatə olunmaması böyük problemdir. Bununla bağlı iş gedir. Əmin olmaq istəyirəm ki, bu yaxınlarda bu məsələ öz həllini tapacaq", - deyə Əhliman Əmiraslanov qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az