GUAM-ın müşahidəçiləri Azərbaycanda seçkiləri izləyəcək

16:00 - 22 Yanvar 2024

GUAM-ın müşahidəçiləri Azərbaycanda seçkiləri izləyəcək

GUAM-ın müşahidə missiyası fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək.

 

Manset.az xəbər verir ki, bu barədə GUAM-ın katibliyindən məlumat verilib.

Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatoru Teymuraz Kiladze daxildir.

GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az