Bu gün Füzuliyə köç edən ailələrə mənzillərinin açarları təqdim edildi - YENİLƏNDİ

16:29 - 24 Yanvar 2024

Bu gün Füzuliyə köç edən ailələrə mənzillərinin açarları təqdim edildi - YENİLƏNDİ

Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanının Füzuli şəhərində qarşılanma mərasimi olub.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.

Yurda qayıdan 30 ailəyə (125 nəfər) mənzillərin açarları təqdim edilib.

15:38

Bakıdan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Manset.az xəbər verir ki, doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib.

Bununla da Füzuli şəhərinə qayıdan ailələrin sayı 470-a (1750 nəfər) çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az