Sarıbaş kəndinə gediş-gəliş bərpa olundu

00:00 - 26 Yanvar 2024

Sarıbaş kəndinə gediş-gəliş bərpa olundu

Qax rayonunun Sarıbaş kəndinə gedən yol texnikalarla qardan təmizlənib.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC-dən məlumat verilib.

Bildirilib ki, rayonun dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən Sarıbaş kəndinə gedən 7 km-lik məsafə qardan təmizlənib və gediş-gəliş bərpa edilib.

Qeyd edək ki, həmin kəndə gedən yol güclü qar səbəbindən bağlanmışdı.

Hazırda Sarıbaşda qarın qalınlığı 45 sm-ə çatır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az