Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata görə, ondan üç ədəd “F-1” qumbarası aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.