Bahar Muradova vətəndaşları qəbul etdi - FOTOLAR

15:00 - 26 Yanvar 2024

Bahar Muradova vətəndaşları qəbul etdi - FOTOLAR

26 yanvar 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şabran rayonunda vətəndaşları qəbul edib. 
 

Manset.az xəbər verir ki, qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.

Şabran rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şabran və Xaçmaz rayonundan olan vətəndaşların ərizə və şikayətlərinə baxılıb.

Müraciət mövzuları qəyyumluğa götürülmə, mənzil şəraitinin yaxşılaşdırılması, işlə təmin olunma, alimentin ödənilməməsi və digər məsələlərlə bağlı olub. Qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlərin həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınaraq, aidiyyəti şöbələrin icraatına göndərilib.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az