Çingizin fəryad etdiyi, Xocalı faciəsinin baş verdiyi ərazidə... - VİDEO

10:30 - 27 Yanvar 2024

Çingizin fəryad etdiyi, Xocalı faciəsinin baş verdiyi ərazidə... - VİDEO

REAL TV-nin rəhbəri Mirşahin Ağayev 32 il sonra Xocalı faciəsinin törədildiyi əraziyə gedib.

 

Manset.az xəbər verir ki, o, 1992-ci il fevralın 26-da Xocalı düzündə qətlə yetirilən 613 şəhidin ruhuna hörmətlə həmin torpağa qərənfillər düzüb.

Jurnalist qeyd edib ki, hazırda AŞPA-da Azərbaycanı ittiham edənlər hansısa dəhlizdən danışırlar, Laçın yoluna “Laçın dəhlizi” adı verib Azərbaycanın əsəbləri ilə oynayırlar. Hazırda olduğu ərazi də vaxtilə guya ermənilər tərəfindən dinc insanların Xocalıdan çıxıb getməsi üçün dəhliz kimi ayrılmışdı. Amma bu dəhliz deyildi, əslində tələ idi və 613 nəfər məhz bu ərazidə kütləvi şəkildə gülləbaran edildi. Çingiz Mustafayevin fəryad edərək çəkdiyi kadrlar məhz həmin ərazidə çəkilib.

M. Ağayev, həmçinin Xocalı sakini Sovet Allahverdiyevlə soyqırımının növbəti ildönümü ərəfəsində məhz həmin ərazidə həmsöhbət olub, tarixi yaddaşımızı təzələyib.

Həmin görüntüləri təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az