Azərbaycanda 4 aylıq körpə qızılcadan vəfat etdi

23:23 - 28 Yanvar 2024

Azərbaycanda 4 aylıq körpə qızılcadan vəfat etdi

Cəlilabad rayonunda azyaşlı oğlan uşağı vəfat edib.

 

Manset.az-ın Report-a istinadən məlumatına görə, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.

İlkin məlumata görə, azyaşlı qızılcadan dünyasını dəyişib.

Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az