"Amerikada həyat çox yaxşı gedir. Sakit həyatı sevirəm. Təkliflər alıram. Bakıya da işlə bağlı gəlib-gedirəm. Amma efirə qayıtmaq istəmirəm".
Manset.az Axsam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Rüfət Ağayev deyib.
Uzun illərdir Amerikada yaşayan aparıcı bir neçə gün əvvəl Bakıya qayıdıb. O bildirib ki, aparıcı kimi efirə qayıtmağı düşünmür:
"Amerikada marketinq sahəsində işləyirəm. Yenə də yaradıcılıq işidir. Efir istəmirəm. Bakıda gəlib etdiyim işlər də televiziya ilə əlaqəsi olmayanlardır".