Azərbaycanda hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı YENİLİK

12:31 - 30 Yanvar 2024

Azərbaycanda hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı YENİLİK

Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq.

Agentlik sədri bildirib ki, tibbi müayinədə fərqli sistem olacaq:

"Bu sahədə ciddi hazırlıq işləri gedir. Elektronlaşma işləri aparılır, meyarların yenidən işlənməsi və yeni müayinə mərkəzinin yaradılması istiqamətində işlər görülür".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az