Azərbaycanlı qadınları Türkiyəyə aparan şəxslə bağlı məhkəmə qərarı AÇIQLANDI

10:07 - 01 Fevral 2024

Azərbaycanlı qadınları Türkiyəyə aparan şəxslə bağlı məhkəmə qərarı AÇIQLANDI

Ali Məhkəmədə insan alverində təqsirləndirilən Gülnarə Məhərrəmovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Manset.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Məhərrəmova 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri) maddələri ilə təqsirli bilinib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az