Vəzifəli şəxs qəzada öldü - FOTO

10:19 - 01 Fevral 2024

Vəzifəli şəxs qəzada öldü - FOTO

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb.

Goranboy rayon Todan kənd sakini Ağamalı Məmmədovun idarə etdiyi avtomobillə Gəncə sakini Samir Qarayevin sürdüyü maşın toqquşub. Nəticədə A.Məmmədovun avtomobilində olan sərnişin, 1969-ci il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, qəzada həyatını itirən Şirin İbrahimov Todan Bələdiyyəsinin sədri vəzifəsində çalışırmış.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az