Bank kartından oğurluğa görə iki qardaş və yeniyetmə tutuldu

11:19 - 02 Fevral 2024

Bank kartından oğurluğa görə iki qardaş və yeniyetmə tutuldu

Bank kartından oğurluq etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

 

Manset.az DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 1340 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Göygöl rayon sakinləri Kamil Qasımov, qardaşı Murad və Gəncə şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az