Fevralın 7-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.
Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu seçki məntəqəsində 1317 seçici qeydiyyatdadır.
Məntəqədə seçicilərin fəallığı müşahidə edilir. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun qaydada, demokratik, şəffaf və ədalətli şəkildə keçirilir.