Laçında avtomobil karvanı mərkəzi küçələr boyunca yürüş keçirib - FOTOLAR

23:01 - 07 Fevral 2024

Laçında avtomobil karvanı mərkəzi küçələr boyunca yürüş keçirib - FOTOLAR

Növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi Laçın sakinlərinin də sevincinə səbəb olub. Şəhərin mərkəzi küçələrinə çıxan laçınlılar avtomobillərlə yürüş keçiriblər.

 

Manset.az  AZƏRTAC-a istinadən bildirir ki, səhər saatlarından səsvermədə mütəşəkkil iştirak edən sakinlər günün sonunda bayram ab-havası ilə şəhərə çıxıblar.

Laçının mərkəzi küçələrində milli musiqi sədaları altında avtomobillərin yürüşü keçirilib. Həmçinin şəhər sakinləri sevinc və qürur hisslərini bir-biriləri ilə bölüşüblər.

Qeyd edək ki, ABŞ-ın "Oracle Advisory Group" təşkilatı, "Rəy" Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları "exit-poll"arın nəticələrini açıqlayıblar. "Oracle Advisory Group" təşkilatı İlham Əliyevin seçicilərin 93,9 faizinin, "Rəy" Monitorinq Mərkəzi 92,60 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az