Dünyanın ən məşhur lüks brendlərindən biri olan Britaniyanın lüks brendi Burberry, qənaət proqramı çərçivəsində qlobal miqyasda 1700 nəfəri işdən çıxarmaq planlarını açıqlayıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Burberry-dən verilən açıqlamada şirkətin səmərəliliyi və gəlirliliyi artırmaq məqsədi ilə təşkilati dəyişikliklər edəcəyi bildirilib.
Bu çərçivədə təklif edilən dəyişikliklərin 2027-ci ilə qədər 60 milyon funt-sterlinq əlavə qənaət təmin ediləcəyi və daha əvvəl elan edilmiş 40 milyon funt-sterlinq dəyərində qənaət proqramına əlavə olaraq, ümumi illik qənaətin 100 milyon funt-sterlinqə yüksəldiləcəyi bildirilib.
Təklif olunan qənaətin satınalma və daşınmaz əmlakla bağlı xərclərdə səmərəliliyin artırılması və 1700 nəfərin ixtisar edilməsi ilə kadr xərclərində əldə olunacağı vurğulanıb.
Burberry 1856-cı ildə İngiltərədə yaradılıb və damalı şərflər kimi dəbdəbəli əşyaları ilə tanınır.