İranın nüvə obyektlərinə edilən hücumlar İranın gələcək strategiyasına ciddi təsir göstərəcək.
Manset.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Ərəbiyyə əl-Cədid" qəzetinə danışarkən deyib.
Əraqçi bildirib ki, ABŞ-nin regiona müdaxiləsi İsrailin zəifliyini göstərir və İran buna “Xeberşiken” raketləri ilə qətiyyətli cavab verib.
Nazir həmçinin vurğulayıb ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiq qalır, lakin bu müqavilə ölkəni və nüvə proqramını qoruya bilmir.
Avropa ilə aparılan təmaslara toxunan Əraqçi bildirib ki, bu, danışıqlardan çox görüş xarakteri daşıyır və sanksiyaların ləğvi ilə bağlı qərar Avropanın səlahiyyətində deyil.