Venesuelada məşhur TikTok istifadəçisi, 25 yaşlı Jesus Sarmiento canlı yayım zamanı evinə silahlı basqın nəticəsində güllələnərək öldürülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, Sarmientonun yüksək vəzifəli məmurları və cinayətkar dəstə liderlərini rüşvət və təhdidlərdə ittiham etdiyi videolar paylaşmasından bir neçə saat sonra baş verib. Canlı yayımda “Məni vurdular” deyə qışqıran gənc yardım istəyib, anası isə yaralanıb.
Sarmiento Tren del Llano və Tren de Araqua kimi təhlükəli dəstələrdən təhdidlər aldığını bildirmiş, dövlət orqanlarından qorunma tələb etmişdi. O, hətta ünvanını canlı yayımda açıqlamışdı.
Venesuela Baş Prokurorluğu cinayətlə bağlı araşdırma başladıb. Hadisə ölkədə və sosial mediada ciddi rezonans doğurub.