Rusiya Ermənistana məktub hazırlayır, məktubda ölkənin Avropa İttifaqı ilə yaxınlaşma normaları ilə Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları arasında ziddiyyətlər olduğunu qeyd edir.
Manset.az APA-ya istinadəb xəbər verir ki, bunu Rusiya baş nazirin müavini Aleksey Overçuk TASS-a deyib.
“Mən həmkarım Mqer Qerbertoviçə (Ermənistanın baş nazirinin müavini Qriqoryan-red) ünvanlanmış məktubu imzalamağa hazırlaşıram ki, bizim fikrimizcə, bu hərəkətlər (Aİ ilə yaxınlaşma normaları-red) Avrasiya İqtisadi İttifaqının normalarına ziddir. Buna uyğun olaraq, biz müvafiq tədbirlərin görülməsi məsələsinə baxacağıq", - Rusiya baş nazirinin müavini xəbərdarlıq edib.