Rusiyanın Krasnoyarsk diyarında körpə suda boğulub.
Manset.az Lent.az-a istinadla xəbər verir ki, ana 2 yaş 9 aylıq iki uşağını vannada çimizdirirmiş. Bir an ana mətbəxə keçib və musiqisə yüksək səs verərək azyaşlıları nəzarətsiz qoyub.
Bir müddət sonra böyük uşağın ağlamağını eşidən qadın vanna otağına qayıdaraq doqquz aylıq qızının nəfəs almadığını görüb. Hadisə yerinə təcili yardım çağırılıb, həkimlər reanimasiya tədbirləri görməyə çalışsalar da, uşağı xilas edə bilməyiblər.
Faktla bağlı cinayət işi açılıb, müstəntiqlər hadisənin səbəblərini müəyyənləşdirirlər.