Sosial media nəhəngi satılır - Tramp elan edəcək

08:00 - 30 İyun 2025

Sosial media nəhəngi satılır - Tramp elan edəcək

ABŞ prezidenti Donald Tramp Çinin "ByteDance" şirkətinə məxsus sosial media nəhəngi "TikTok"un ABŞ biznesinin alıcılarını iki həftə ərzində elan edəcəyini bildirib.


Manset.az Publika.az-a istinadən xəbər verir, bu barədə "Fox News" məlumat yayıb.

O, TikTok alıcılarının "çox varlı insanlardan ibarət bir qrup" olacağını vurğulayıb, lakin onların adlarını çəkməkdən imtina edib.

İyunun 19-da Tramp ABŞ-ın Çin sosial media platforması "TikTok"a qadağasını üç ay uzadıb.

"TikTok" sövdələşməsinin müzakirələri, "TikTok" məsələsinin tarixən Birləşmiş Ştatlar üçün prioritet olmasına baxmayaraq, Londondakı tərəflərin tariflər və ixrac məhdudiyyətlərinə diqqət yetirdiyi Çin ilə ticarət danışıqları üçün son vaxtlar arxa plana keçib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az