İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlar nəticəsində azı 7 fələstinli ölüb, onlarla insan yaralanıb.
Manset.az xəbər verir ki, hücumlar əsasən Qəzza şəhərinin Zeytun, Şucayyə və Tuffah məhəllələrinə, eləcə də Şati Qaçqınlar Düşərgəsinə və məktəblərə yönəlib. Xan Yunus şəhərinin Mavasi bölgəsi də atəşə tutulub.
Səhiyyə mənbələrinin məlumatına görə, hücumlar zamanı mülki əhali, o cümlədən məcburi köçkünlər və humanitar yardım axtaran insanlar hədəf alınıb.
2023-cü il oktyabrın 7-dən bəri Qəzzada 56 mindən çox fələstinli ölüb, 133 mindən çox insan yaralanıb. Martın 18-də atəşkəsin pozulmasından sonra hücumlar daha da şiddətlənib.
İsrail Baş naziri Benyamin Netanyahu Qəzzanın tam işğal ediləcəyini bəyan edib.