Hindistanda kimya zavodunda partlayış - 10 nəfər öldü

12:16 - 30 İyun 2025

Hindistanda kimya zavodunda partlayış - 10 nəfər öldü

Hindistanın Telanqana ştatında yerləşən kimya zavodunda baş verib. Güclü partlayış və ardınca yaranan yanğın nəticəsində azı 10 nəfər həlak olub, 12-dən çox işçi isə xəsarət alıb.


Manset.az xəbər verir ki, bu barədə “Press Trust of India” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Paşamılaram rayonunda yerləşən "Sigachi Industries" kimya fabrikində qeydə alınıb. Zavodun reaktorunda baş verən partlayış qısa müddət ərzində böyük yanğına səbəb olub.

Hadisə yerinə dərhal yanğınsöndürən və xilasedici qüvvələr cəlb olunub. Hazırda ərazi tamamilə nəzarətə götürülüb, axtarış-xilasetmə işləri davam etdirilir.

“Telangana Today” qəzetinin yazdığına görə, partlayış zamanı bir sıra işçilərin fabrikdə sıxışıb qalması ehtimal olunur. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az