ABŞ-dən Ukrayna ilə bağlı hərbi qərar

09:48 - 02 İyul 2025

ABŞ-dən Ukrayna ilə bağlı hərbi qərar

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya əvvəlcədən göndərilməsi planlaşdırılan bəzi hərbi sursatların tədarükünü dayandırıb.


Manset.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli açıqlama verib. Onun sözlərinə görə, Pentaqon hazırda xaricə edilən hərbi yardımlarla bağlı geniş araşdırma aparır.

"Bu çərçivədə keçmiş prezident Co Bayden administrasiyası dövründə Ukraynaya göndərilməsi planlaşdırılan bəzi silah və sursatların tədarükü ABŞ-ın milli maraqlarını prioritetləşdirmək məqsədilə dayandırılıb," – deyə Kelli bildirib.

Kelli əlavə edib ki, ABŞ ordusunun gücü danılmazdır: "Sadəcə İrandan soruşun".

Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri isə bildiriblər ki, Pentaqonun apardığı araşdırma nəticəsində bəzi sursatların ehtiyatlarda azalma səbəbilə tədarükünün dayandırılması qərara alınıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az