İsrail ordusunun Qəzza zolağında hücumlarında 29 nəfər həlak olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarında 29 nəfər, o cümlədən 10 humanitar yardım gözləyən fələstinli həyatını itirib.
Xan Yunusda məcburi köçkünlərin çadırları bombalanaraq 12 nəfər ölüb, digər hücumlarda isə ümumilikdə daha 17 nəfər həlak olub. Qəzzanın mərkəzində humanitar yardım məntəqələrinə gedənlər də atəşə tutulub, 10 nəfər ölüb, 50-dən çox yaralanıb.