Pakistanın Xayber-Paxtunxva vilayətinin şimal-qərbində yerləşən Bajaur rayonunda dövlət məmurunun maşınına bombalı hücum təşkil edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yol kənarına yerləşdirilmiş bomba avtomobil keçərkən partlayıb.
Hadisə nəticəsində 5 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilərək müalicəyə başlanıb.
Hakimiyyət orqanları hələlik heç bir qruplaşmanın hücuma görə məsuliyyəti üzərinə götürmədiyini bildirir. Hadisənin təfərrüatları araşdırılır.