Fransanın bir çox şəhərində, xüsusilə paytaxt Parisdə hava limanı işçilərinin tətilə başlaması nəticəsində bir sıra reyslər ləğv edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Mülki Aviasiya Baş Müdirliyi (DGAC) iyulun 3 və 4-də hava limanı işçilərinin tətili ilə əlaqədar bəzi reyslərin ləğv olunmasını tələb edib.
DGAC-ın çağırışına əsasən, iyulun 3-də Parisdəki Şarl de Qoll, Orli və Beauvais hava limanlarında uçuşların 25 faizi, Lyon, Marsel, Montpellier, Ajaccio və Fiqari hava limanlarında 30 faizi, Nitsa, Bastia və Kalvi hava limanlarında isə 50 faizi ləğv edilib. İyulun 4-də isə Parisin Şarl de Qoll, Orli və Beauvais hava limanlarında uçuşların 40 faizi ləğv ediləcək.
Tətilin səbəbi kimi yol hərəkətinə nəzarət xidmətlərinin əməkdaşlarının iş şəraiti və kadr çatışmazlığı göstərilir.