Qəzada ölən pilotun son sözləri - FOTO

12:15 - 03 İyul 2025

Qəzada ölən pilotun son sözləri - FOTO

Türkiyənin Əskişəhər vilayətindən havaya qalxan şəxsi təyyarə Bayburt-Rizə-Ərzurum sərhədində qəzaya uğrayıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, təyyarənin qalıqları arasında pilot, mühəndis və həvəskar pilot Mehmet Dəmirçinin cansız bədəni tapılıb.

Rize valisi İhsan Səlim Baydaş bildirib ki, pilot həyatını itirib.

Qəzadan bir neçə saat əvvəl Dəmirçi sosial mediada belə yazıb:

"Bu gün başqa bir arzum gerçəkləşir. Mən təyyarənin qanadında deyiləm, xəyalların tam ortasındayam."

Digər paylaşımında isə 3 gün əvvəlki səfərə toxunaraq "Xəyallarımıza bir addım daha yaxınlaşırıq, həyəcan pik həddə çatır" deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az