İngiltərə “Liverpul” klubunun 28 yaşlı portuqaliyalı hücumçusu Dioqo Jota bu gün səhər Zamora əyalətində ağır yol qəzası nəticəsində həyatını itirib.
Manset.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Məlumata görə, qəza İspaniyanın A-52 avtomobil yolunun 65-ci kilometrliyində, Palacios de Sanabria bələdiyyəsi yaxınlığında baş verib.
Jota qardaşı, 26 yaşlı André ilə birgə səfərdə olarkən idarəetməni itirən avtomobil yoldan çıxaraq alovlanıb. Hadisə zamanı hər iki qardaş dünyasını dəyişib.
Yanğınsöndürənlər və təcili yardım briqadaları hadisə yerinə cəlb olunub, lakin futbolçuların həyatını xilas etmək mümkün olmayıb.