Rusiya və Ukrayna arasında yeni məhbus mübadiləsi oldu

15:23 - 04 İyul 2025

Rusiya və Ukrayna arasında yeni məhbus mübadiləsi oldu

Ukrayna və Rusiya arasında iyulun 4-də yeni məhbus mübadiləsi baş tutub.


Manset.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi iyunun 2-də İstanbulda keçirilən danışıqların ikinci raundunda əldə olunmuş razılaşmalara əsasən, bir qrup rus əsgərinin Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarıldığını bildirib.

Nazirlik eyni zamanda bir qrup Ukrayna əsgərinin də qarşı tərəfə təhvil verildiyini qeyd edib.

Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, hazırda Rusiyaya qaytarılmış əsgərlər Belarusda yerləşdirilib və onlara psixoloji, tibbi yardım göstərilir. Nazirlik əlavə edib ki, bütün rus hərbçiləri yaxın günlərdə Rusiya səhiyyə müəssisələrinə müalicə və reabilitasiya üçün aparılacaq.

Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında paylaşdığı açıqlamada “Mübadilə davam etməlidir və bunu mümkün edən hər kəsə təşəkkür edirəm” sözlərinə yazıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az