Hindistanın Himaçal-Pradeş ştatında güclü leysan yağışları daşqın və torpaq sürüşmələrinə səbəb olub. Nəticədə 69 nəfər həyatını itirib, 110 nəfər isə yaralanıb.
Manset.az xəbər verir ki, iyunun 20-dən başlayan musson yağışları ştatın şimal bölgələrini əhatə edib. Hazırda 37 nəfər itkin düşmüş sayılır, axtarış-xilasetmə işləri davam etdirilir.
Ştatda 250-yə yaxın yol bağlanıb. Meteorologiya Departamenti iyulun 7-dək yağıntıların davam edəcəyini açıqlayıb.
Bölgəyə 46 milyon dollar dəyərində ziyan dəyib. Baş nazir Sukhvinder Singh Sukhu bildirib ki, yağışlar infrastruktur obyektlərinə ciddi zərər vurub.