Yaponiyanın cənub-qərbində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri eyniadlı Tosima adası yaxınlığında yerləşib.
Hələlik tələfat və dağıntılar barədə məlumat verilməyib.