İndoneziyanın Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-Laki vulkanı yenidən püskürüb.
Manset.az Haber Globala-a istinadən xəbər verir ki, iyulun 7-də baş verən püskürmə zamanı kül buludları 18 kilometr yüksəkliyə qalxıb. Qızmar qazlar vulkanın yamaclarına doğru yönəlib, kül ətraf kəndlərə yayılıb.
Tələfat qeydə alınmayıb. Xəbərdarlıq səviyyəsi maksimuma qaldırılıb, təhlükəli zona 7 kilometrə qədər genişləndirilib.
Qeyd edək ki, bu vulkan 2024-cü ilin noyabrında baş verən püskürmə zamanı 9 nəfərin həyatına son qoymuşdu.