Cənub-Şərqi Asiyanın Vyetnam ölkəsinin Ho Şi Min şəhərində beşmərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq olmaqla 8 nəfər həyatını itirib.
Məlumata görə, Phu Tho Hoa rayonunda baş verən yanğının səbəbi hələ məlum deyil. Hadisə yerinə dərhal yanğınsöndürənlər və tibb briqadaları cəlb olunub.
Yanğın zamanı Do Doc Long küçəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Küçədə dayanmış avtomobillərdən bəziləri alovun təsirinə məruz qalıb.