Texasda sel qurbanlarının sayı artmaqda davam edir

15:00 - 07 İyul 2025

Texasda sel qurbanlarının sayı artmaqda davam edir

ABŞ-nin Texas ştatında baş verən daşqın nəticəsində azı 82 nəfər həlak olub, 41 nəfər isə itkin düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, daşqınlar Qvadalupe çayının sahilində yerləşən Kerr dairəsindəki xristian qızlar düşərgəsində daha ağır olub. “Camp Mystic” düşərgəsində 28-i uşaq olmaqla 68 nəfər həyatını itirib, 11 nəfər isə hələ tapılmayıb.

Şiddətli yağışlar cümə günü başlayıb, sel suları 8 metr yüksələrək düşərgəni su altında qoyub.

Texas qubernatoru Greg Abbott itkin düşənlərin hamısı tapılana qədər axtarışların davam edəcəyini bildirib. Faciə zamanı ölənlər arasında düşərgənin meneceri Riçard Eastland da var.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az