Tramp və Netanyahu Qəzzadakı atəşkəsi müzakirə etdilər

08:38 - 08 İyul 2025

Tramp və Netanyahu Qəzzadakı atəşkəsi müzakirə etdilər

ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdəki şəxsi şam yeməyi zamanı Qəzzada atəşkəs və Yaxın Şərqdə sülh prosesini müzakirə ediblər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Tramp görüş zamanı Netanyahuya “Nobel Sülh Mükafatı”na namizədliyi ilə bağlı məktub üçün təşəkkür edib.

ABŞ lideri bildirib ki, Qəzzadan atılan 14 raketin İsrailin hava hücumundan müdafiə sistemi ilə zərərsizləşdirilməsi bölgədə dönüş nöqtəsi olub.

“Gərginlik azaldı, əsgərlərimizi Qətərdən çıxardıq. Fələstin tərəfi də atəşkəsi qorumağa hazır görünür,” – deyə Tramp qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az