"Danışıqlar sülh yolunda dönüş nöqtəsi ola bilər" - Ukrayna

17:50 - 19 Avqust 2025

\"Danışıqlar sülh yolunda dönüş nöqtəsi ola bilər\" - Ukrayna

ABŞ, Ukrayna və Rusiya liderləri arasında keçiriləcək danışıqlar, müharibənin sülh yolu ilə həlli üçün vacib bir mərhələ ola bilər.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sybiha deyib.

O, Rusiyanın hücumlarının "davamlı sülhün və təhlükəsizlik zəmanətlərinin zəruriliyini" ortaya qoyduğunu vurğulayıb.

Dünən Ağ Evdə keçirilən görüşdə ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri iştirak ediblər. Görüşdə NATO, Aİ və bir sıra Avropa ölkələrinin liderləri yer alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az