Məscidə silahlı hücum olundu - 13 nəfər öldü

09:16 - 20 Avqust 2025

Məscidə silahlı hücum olundu - 13 nəfər öldü

Nigeriyanın Katsina şəhərində silahlı dəstə üzvləri tərəfindən həyata keçirilən hücum nəticəsində 13 nəfər həlak olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, əyalətin Mantau rayonunda yerləşən bir məsciddə baş verib. Dəstə üzvləri, səhər namazına gələn insanlara atəş açıb.

Nigeriyanın Katsina əyalətinin daxili təhlükəsizlik və daxili işlər komissarı Nasir Muazu hadisə ilə bağlı açıqlama verərək, 13 nəfərin öldüyünü və bir çox insanın yaralandığını bildirib. Hadisə ilə əlaqədar araşdırmalar başlanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az