Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak, Avropa və NATO ölkələri ilə təhlükəsizlik zəmanətlərini gücləndirmək məqsədilə milli təhlükəsizlik müşavirləri arasında gündəlik koordinasiya prosesinin başladığını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yermak, müttəfiqlərin keçmiş səhvləri təkrarlamaması və hücumların qarşısını almaq üçün daha konkret addımlar atılmalı olduğunu qeyd edib. O, həmçinin müharibəni "ədalətli şəkildə" başa çatdırmaq üçün danışıqlara hazır olduqlarını vurğulayıb və ABŞ, Avropa müttəfiqləri və NATO-ya dəstəkləri üçün təşəkkür edib.