İran qərb hava məkanını müvəqqəti olaraq bağlayır

09:59 - 22 Avqust 2025

İran qərb hava məkanını müvəqqəti olaraq bağlayır

İranın aviasiya qurumları avqustun 21-dən 22-dək ölkənin qərb bölgələrində hava sahəsini müvəqqəti olaraq bağlayıblar.


Manset.az xəbər verir ki, bu barədə NOTAM məlumat yayıb.

Hava sahəsinin bağlanması İranın apardığı silsilə hərbi təlimlərlə əlaqələndirilir. Təlimlər ölkənin qərb hissəsində keçirilir və həmin bölgələrdə hava hərəkətinin məhdudlaşdırılması zərurəti yaranıb.

NOTAM-da qeyd olunub ki, müvəqqəti olaraq hava sahəsi müəyyən edilmiş bölgələrdə tamamilə bağlanıb və aviasiya nəqliyyatı üçün hər hansı bir uçuş icazəsi verilmir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az