Suriya hökuməti, 14 illik vətəndaş müharibəsindən sonra devalvasiyaya uğramış Suriya lirəsini bərpa etmək üçün yeni əskinaslar çap edəcək və valyutadan iki sıfır siləcək.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, Suriya Mərkəzi Bankı, bu məqsədlə Rusiyanın "Qoznak" şirkəti ilə razılığa gəlib.
Yeni əskinaslar 12 ay boyunca köhnə ilə paralel dövriyyəyə buraxılacaq, tam keçid isə 2026-cı ilin dekabrına qədər tamamlanacaq.
Ekspertlər, əskinaslardakı Bəşər və Hafiz Əsədin şəkillərinin dəyişdirilməsini siyasi məcburiyyət kimi qiymətləndirir. Bəzi iqtisadçılar isə bunun yaşlı vətəndaşlar üçün çətinliklər yarada biləcəyini bildirirlər.