Trampın 500 milyon dollarlıq dələduzluq cəzası ləğv edildi

17:05 - 22 Avqust 2025

Trampın 500 milyon dollarlıq dələduzluq cəzası ləğv edildi

Nyu-York Apellyasiya Məhkəməsi, ABŞ Prezidenti Donald Trampa qarşı verilən 500 milyon dollarlıq dələduzluq cəzasını ləğv edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə, aşağı instansiya məhkəməsinin Trampın böyük oğulları və onların şirkətinin bir idarəçisinin "vergi və sığorta imtiyazları əldə etmək məqsədilə xalis sərvətini dəyişdirməyə çalışması" barədəki qərarını qüvvədə saxlayıb.

Lakin Apellyasiya Məhkəməsi, prezident və onun şirkətinə tətbiq olunan 527 milyon dollarlıq cəriməni "həddindən artıq" hesab edərək rədd edib.

Tramp sosial mediada verdiyi açıqlamada, məhkəmənin qərarını "qələbə" kimi qiymətləndirib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az